Honq-Konq Prezident Adminstrasiyasının rəisi Lam təhdid və bıçaqla məktub alıb
İctimairey.az xəbər verir ki, Honq-Konq hökumətinin saytında yayılan məlumatda bildirilir ki, xüsusi inzibati rayonun hökumət binasının poçt qutusunda içərisində ülgüc və Honq-Konq administrasiyasının rəhbəri Kerri Lamın adına təhdid məktubu olan zərf aşkar edilib.
Bildirilir ki, zərf bazar ertəsi, dekabrın 13-də daxil olan məktubların yoxlanışı zamanı aşkar edilib və bundan sonra polisə açıqlama verilib. “Honq-Konq Administrasiyasının rəhbərinin ofisinin sözçüsü bu hərəkəti pisləyib. Honq-Konq qanunlara tabe olan bir cəmiyyətdir və zorakılıq və hədə-qorxu kimi qanunsuz hərəkətlərə dözməyəcək”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, istər administrasiya rəhbəri, istərsə də digər dövlət qulluqçuları vəzifəli şəxsin xidməti vəzifələrini yerinə yetirməsinə təsir göstərmək üçün, qanunsuz vasitələrdən istifadə edilərsə, Honq-Konq hökuməti bu məsələyə ciddi yanaşacaq və dövlət qulluqçularının təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün, cinayətkarların məhkəməyə çıxarılması üçün, səylərini əsirgəməyəcək. Qeyd edək ki, təhdid məktubu dekabrın 19-da Xüsusi İnzibati Bölgənin Qanunvericilik Məclisinə seçkilər ərəfəsində hökumət binasına daxil olub.