Səudiyyə Ərəbistanının mümkün investisiya çatışmazlığı ilə bağlı açıqlamalarından sonra neft ucuzlaşıb
Çərşənbə axşamı səhər Səudiyyə Ərəbistanının energetika nazirinin qalıq yanacaqlara sərmayənin mümkün ixtisarını elan etməsindən sonra, dünya neft qiymətləri azalıb.
Bu günün səhər məlumatına görə, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,4% – bir barel üçün 74,09 dollara, WTI-nın yanvar fyuçersləri 0,79% azalaraq 70,73 dollara düşüb.
İctimairey.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman bazar ertəsi bildirib ki, qalıq yanacaqlara investisiyaların azalması səbəbindən, qlobal neft hasilatı onilliyin sonuna qədər 30% azala bilər.
Bundan əlavə, treyderlər OPEC hesabatını qiymətləndirməyə davam edirlər. Təşkilat 2021-2022-ci illər üçün, OPEK-dən kənarda neft hasilatı ilə bağlı proqnozları yenə dəyişməyib. Eyni zamanda, bu dövr üçün, ABŞ-da neft hasilatı proqnozu bir qədər artırılıb.