Media: Cemal Kaşıkçının qətlində şübhəli bilinən şəxs Parisdə həbs edilib

0

Washington Post” qəzeti ilə fəal əməkdaşlıq edən jurnalist 2018-ci il oktyabrın əvvəlində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun ərazisində öldürülüb.

Fransanın paytaxtı Parisdə səudiyyəli jurnalist Camal Kaşıkçının qətlində əli olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

İctimairey.az xəbər verir ki, Fransa mətbuatının ölkənin məhkəmə sistemindəki adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, 33 yaşlı Xalid Alotaibi Şarl de Qoll hava limanında Ər-Riyada gedən təyyarəyə minərkən həbs edilib.

“Washington Post” qəzeti ilə fəal əməkdaşlıq edən jurnalist 2018-ci il oktyabrın əvvəlində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun ərazisində öldürülüb.

İstintaqın nəticələrinə görə, Türkiyə Baş Prokurorluğu jurnalistin planlaşdırılan qətlin qurbanı olması qənaətinə gəlib.

Kaşıkçı diplomatik nümayəndəliyin binasına daxil olduqdan dərhal sonra, boğularaq öldürülüb.

Qətldən sonra Kaşıkçının cəsədi hissələrə bölünərək, məhv edilib.

Türkiyə İstanbulda Kaşıkçı işi üzrə məhkəmənin təşkilinin tərəfdarıdır və Ər-Riyadı jurnalistin qətlində əli olanların ekstradisiyasına çağırıb.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »