Bayden Rusiyanı Şərqi Avropaya qoşun göndərməklə hədələyib

İctimairey.az xəbər verir ki, Ağ Evin saytında yayılan bəyanatda bildirilib ki, ABŞ prezidenti Co Bayden “Rusiyanın Ukraynaya müdaxiləsi” halında Şərqi Avropa NATO ölkələrinə əlavə qüvvələr göndərəcək.

Amerika liderinin sözlərinə görə, o, “Vladimir Putinə tamamilə aydınlaşdırıb” ki, əgər bu baş verərsə, iqtisadi nəticələr Rusiya üçün nə qədər dağıdıcı olacaq.

Bayden əmindir ki, bu cür addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də digər ölkələrin ona münasibətini dəyişəcək.

Son vaxtlar Kiyev və Qərb mediası mütəmadi olaraq, Rusiyanı guya Ukraynaya hücum planlaşdırmaqda ittiham edir.

Moskva dəfələrlə bunu təkzib edərək, belə bəyanatların yalnız Rusiya sərhədlərinə daha çox NATO hərbçisinin gətirilməsi üçün bəhanə kimi lazım olduğunu vurğulayıb. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya heç bir aqressiv plan qurmur, heç kimə hücum etmək niyyətində deyil və qoşunların onun ərazisindən keçməsi heç kimi narahat etməməlidir.

Dekabrın 7-də Putin və Bayden videobağlantı üzərində danışıqlar aparıb, bunlardan biri də Ukraynadakı vəziyyət olub. Ağ Evin verdiyi məlumata görə, Bayden bununla bağlı narahatlığını ifadə edib, diplomatik həllə çağırıb və Qərbin hərbi eskalasiyaya kollektiv iqtisadi sanksiyalar və digər məhdudiyyətlərlə cavab verəcəyi ilə hədələyib.

Putin isə öz növbəsində, qırmızı xətləri – NATO-nun şərqə doğru daha da irəliləməsini və Ukrayna və Rusiya ilə həmsərhəd olan digər ölkələrdə hücum silahlarının yerləşdirilməsini qeyd edib.

 

 

Comments are closed.

Tərcümə »