İndoneziyada vulkan qurbanlarının sayı artmaqda davam edir və 22 nəfər diri-diri yanıb – VİDEO

0

Onlarla insan ağır bədən xəsarətləri və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İndoneziyanın Yava adasında regionun ən böyük vulkanı Semeru vulkanının püskürməsi qurbanlarının sayı artır. Təbii fəlakət insanlara qorxu və həyacan yaşadır. Rəsmi məlumatlara görə 15 nəfər ölüb, onlarla insan ağır xəsarətlər və yanıqlarla xəstəxanaya yerləşdirilib. Evakuasiya davam edir.

İctimairey.az bu dəqiqələrə olan məlumata görə bildirir ki, tüstü burulğanı bir neçə kilometrə qədər uzanıb, püskürmə daş və kül adlanan vulkanik yağışa səbəb olub, bütün ərazilər bu yağışın altında sanki, basdırılıb. Sakinlər təşviş içərisindədir, fəlakət zonasını özbaşına tərk etməyə çalışırlar.

Yüzlərlə insan öz evlərində kilidlənib. Artıq köməyə vertolyotlar göndərilib, xilasedicilər sıfır görünmə şəraitində işləməlidirlər, ada zəhərli kül buludu ilə örtülmüşdür. İndiyədək minə yaxın insan təxliyə edilib. Bəzi yaşayış məntəqələrində işıq yoxdur, yollar, körpülər dağılıb. Semeru vulkanı Yavada ən hündürdür, keçən həftə aktivləşib, lakin qalın duman səbəbindən mütəxəssislər püskürmənin başlanğıcını hiss etməyiblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »