Ermənistan prioritetləri müəyyənləşdirir: KTMT Kollektiv Aviasiya Qüvvələrinin inkişafını nəzərdən keçirəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin on doqquzuncu iclası 8 dekabr 2021-ci il tarixində videokonfrans vasitəsilə keçiriləcək.
İctimairey.az xəbər verir ki, KTMT-nin mətbuat xidmətindən bu gün, dekabrın 6-da verilən məlumata görə, tədbirə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-ordu generalı müdafiə nazirinin birinci müavini Valeri Gerasimov rəhbərlik edəcək.
İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan silahlı qüvvələrinin baş qərargah rəisləri, KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov və təşkilatın baş katibinin müavini Tahir Xayruloyev iştirak edəcəklər.
Qarşıdan gələn iclasda kollektiv təhlükəsizliyin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər, habelə Kollektiv Aviasiya Qüvvələrinin gələcək inkişafı və koalisiya qüvvələri üçün onların yerləşdirilməsində, kollektiv təhlükəsizlik bölgələrində istifadə, hava mühafizəsinin təşkili məsələləri müzakirə olunacaq.