Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 185 nəfər dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Gündəlik statistikaya əsasən, 353 937 nəfərin test edildiyi, 19 357 nəfərin testinin pozitiv nəticə verdiyi, 24 278 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.