Nazarbayev Krımın Rusiyanın olduğunu tanımadığını açıqlayıb

0

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkəsinin 2014-cü ildə Krımı Rusiya kimi tanımaqdan niyə imtina etməsindən danışıb.

İctimairey.az xəbər verir ki, “Millət atası” bununla bağlı açıqlamalarını “Qazaq. “Qızıl adamın tarixi” filmində amerikalı rejissor Oliver Stouna verdiyi müsahibəyə əsaslandıraraq bildirib.

“Referendum oldu. Biz Krımı Rusiyanın olduğu kimi tanımırdıq, çünki, onda mən Cənubi Osetiyanı, Abxaziyanı, Kosovonu tanımalı olacaqdım. Kosovo da bizdən onları tanımağı xahiş edirdi”, – deyə o bildirib.
Nazarbayev epizodların birində vurğulayıb ki, 7 il əvvəl “Krım baharı” zamanı Qazaxıstan Ukrayna tərəfini də dəstəkləməyib.

“Bütün bunlar Kiyevdə baş verən çevriliş nəticəsində yaranıb” – deyə respublikanın birinci prezidenti izah edib.
O, təhsil aldığı Ukraynanı çox sevdiyini və orada baş verənlərdən narahat olduğunu vurğulayıb.
Krım 2014-cü ildə yarımada sakinlərinin böyük əksəriyyətinin Rusiya Federasiyasına birləşməyə səs verdiyi referendumdan sonra Rusiyanın tərkibinə daxil olub.

Buna baxmayaraq, Ukrayna, ABŞ və onların müttəfiqləri səsvermənin nəticələrini tanımaqdan imtina edirlər. Moskva isə, referendumun beynəlxalq normalara uyğun keçirildiyini və legitim olduğunu dəfələrlə vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresinin keçmiş müşaviri, politoloq Ariel Koenin sözlərinə görə, Ukrayna 2014-cü ildə Krımdan praktiki olaraq könüllü imtina edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »