Ərdoğana qarşı sui-qəsd – Bomba zərərsizləşdirilib

0

Türkiyə hakimiyyəti Ərdoğanın iştirakı ilə keçirilən mitinqdə terror aktına cəhd barədə məlumat verib.

İctimairey.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Həmzə Dağ deyib.Türkiyə xüsusi xidmət orqanları prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mitinqin keçirildiyi Siirt şəhərində partlaya biləcək bombanı zərərsizləşdirib, “Mardində işləyən polis məmurunun maşınının altına partlayıcı qurğu qoyulub, Siirtə gələndə onu işə salmaq planı var idi. Onlar görüşü pozmaq istəyirdilər. Dinc mühiti məhv etməyə çalışanlar var”, – deyə siyasətçi CNN Türk telekanalının efirində bildirib.

Polis avtomobilə baxış keçirərkən bomba tapıb, istehkamçılar partlayıcını məhv ediblər.
Şübhəlilərin axtarışına başlanılıb.

Türkiyədə mitinqləri həm Ərdoğanın tərəfdarları, həm də əleyhdarları keçirir. Belə ki, ölkənin cənubundakı Mersin şəhərində minlərlə vətəndaş milli valyutanın məzənnəsinin aşağı düşməsi fonunda prezidentin istefasını tələb etməyə çıxıb.

Öz növbəsində Siirtdə çıxış edən dövlət başçısı bildirib ki, onun mitinqinə müxalifətin mitinqindən daha çox adam gəlib. Prezident vətəndaşları milli iqtisadiyyata inamı qorumağa çağırıb və vəziyyəti sabitləşdirməyə söz verib. Onun sözlərinə görə, bahalaşmanın səbəblərindən biri də, dünya bazarlarında xammalın bahalaşması olub.

İlin əvvəlindən türk valyutası 1 dollar üçün 7,4 lirədən 13,9-a kimi ucuzlaşıb. Noyabrın 23-də o, bir gündə 16 faiz çökdü ki, bu da son 20 ilin maksimum həddi idi.

Məzənnənin enməsinə Türkiyə Mərkəzi Bankının noyabrın 18-də uçot dərəcəsinin 16 faizdən 15 faizə endirilməsi ilə bağlı qərarı səbəb olub. Ərdoğan televiziya ilə çıxış edərək, uçot dərəcəsinin yeni endirilməsinin lehinə danışıb və bunun inflyasiyanın azalmasına səbəb olacağını müdafiə edib.
Müxalifət partiyalarının liderləri prezidenti səriştəsizlikdə ittiham edərək, erkən səsverməyə çağırıblar. Ərdoğan bu təşəbbüsü rədd edərək bildirib ki, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »