Qüvvələrinin ölkə üzərində uçuşları dayandırmasını tələb edib

0

Bu gün Amerika qırıcısı Yaponiyada yaşayış binalarının üzərinə yanacaq çənləri atıb

Yaponiya Müdafiə Nazirliyi çərşənbə axşamı ölkənin şimalındakı Aomori hava limanına təcili eniş edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin ətrafında baş vermiş insidentlə bağlı ABŞ hərbçilərinə təqdimat edib.

İctimairey.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno jurnalistlərə bildirib.

“Amerika hərbi komandanlığına təqdimat edildi. Hadisə ilə bağlı son dərəcə təəssüfləndiyimizi bildirdik, təhlükəsizlik tədbirlərinə tam əməl olunmasını və belə hadisələrin təkrarlanmasının qarşısının alınmasını tələb etdik”.

Matsuno onu da bildirib ki, gün ərzində müdafiə nazirinin müavini hadisə yerinə baş çəkəcək və o, hadisəni regional hakimiyyət nümayəndələri ilə də müzakirə edəcək.

Əvvəlcə Amerika tərəfi bildirib ki, yanacaq çənləri ABŞ Hərbi Hava Qüvvələrinin Misava bazasına təyin edilmiş F-16 qırıcısı tərəfindən yaşayış məntəqələrindən uzaqda yerə atılıb. Lakin Yapon tərəfi yanacaq çəninin birini yaşayış massivində aşkar edib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »