Ermənistan Baş Prokurorluğunun əməkdaşları Azərbaycanla sərhəddə münaqişənin kəskinləşməsi zamanı, döyüş mövqeyini qoyub qaçması ilə əlaqədar batalyon komandiri saxlanılıb.
İctimairey.az xəbər verir ki, bu barədə Facebook-da respublikanın baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib.
Məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Cermuk şəhəri ərazisində yerləşən Ermənistan hərbi birləşməsinə qəfil hücumu zamanı zabit müdafiə üçün lazımi tədbirlər görməyib.
“Məlum olub ki, bölmənin döyüş hazırlığına və döyüş tapşırıqlarının yerinə yetirilməsinə, xüsusən də yaxınlaşan düşmən qüvvələrinə silahlı müqavimətin təmin edilməsinə cavabdeh olan tabor komandiri vəzifəsini icra edən mayor 7 hərbçi ilə birlikdə qaçıb”.
Abrahamyan qeyd edib ki, bunun nəticəsində Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi öldürülüb, 11 əsgər Azərbaycan tərəfindən əsir götürülüb, mövqe Bakının nəzarətinə keçib. Zabit “ağır nəticələrə səbəb olan döyüş növbətçiliyinin və ya hərbi xidmətin icrası qaydalarını pozmaqda” ittiham edilib.