Separatçıların və müharibə canilərinin cəzalandırılması Azərbaycanın qanuni haqqıdır

Separatizm və müharibə “sponsor”u olan Ruben Vardanyanı “qurban” kimi qələmə vermək və ondan süni “qəhrəman” obrazı düzəltmək həqiqətən də absurddur. Bir millətin ki qəhrəmanı Ruben Vardanyan ola, kül olsun o millətin başına, demək ki, o millət gerçəkdən bədbəxtdir.

Qərb ölkələrindəki bəzi dairələrin və erməni lobbisinin Ruben Vardanyanın üzərindən Azərbaycana qarşı apardıqları çirkin kampaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və sülh prosesinə mane olur. Paşinyan iqtidarı bu amili mütləq nəzərdən keçirməli və sözügedən anti-Azərbaycan kampaniyasının dayandırılması istiqamətində müvafiq addımlar atmalıdır.

Ruben Vardanyan da daxil olmaqla, Azərbaycanda məhkum edilmiş erməni əsilli müharibə cinayətkarlarının “qurban” kimi qələmə verilməsi ilə Azərbaycana təzyiq göstərmək onsuz da heç bir nəticə verməyəcək. Çünki dünya ictimaiyyəti də yaxşı bilir ki, həmin şəxslər Azərbaycan xalqına qarşı yol verdikləri real cinayətlərə görə həbs olunublar. Separatçıların və müharibə canilərinin cəzalandırılması Azərbaycanın qanuni haqqıdır.

Müharibə canilərini “qurban”, “hərbi əsir” obrazında müdafiə etmək adı altında Azərbaycana qarşı qarayaxma kampaniyalarında fəal iştirak edən şəxslər və qurumlar özləri də məsuliyyət daşıyırlar. Azərbaycan onların müəyyən maddi maraqlar qarşısında fəaliyyət göstərdiyini təsdiqləyən çoxsaylı faktları, ofşor əlaqələrini, lobbiçilik xidmətlərini də gündəmə gətirə bilər. Biriləri Azərbaycanın səbrini sınağa çəkməməlidirlər. Vardanyan kimi sarsaqlar isə Bakıda çay içmək arzularının gerçəkləşdiyinə görə dəmir barnmaqlıqlar arxasındakı taleləri ilə barışsalar yaxşı olar.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »