ABŞ-ın Hörmüz boğazında ilişib qalmış gəmiləri müşayiət etmək üçün həyata keçirdiyi “Azadlıq Layihəsi” əməliyyatını dayandırmasını Vaşinqtondan Pakistan xahiş edib
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Trampdeyib: “Pakistan və onun liderləri əla iş gördülər. Onlar danışıqlar zamanı bizdən bunu etməməyimizi xahiş etdilər”.
Tramp əlavə edib ki, ABŞ “lazım gələrsə” əməliyyatı bərpa edəcək.
Bir müddət əvvəl “The Wall Street Journal” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla telefon danışığından sonra “Azadlıq Layihəsi”ni dayandırıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud vəziyyətin gərginləşməsindən narahatlığını bildirib.
Comments are closed.