Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində saxladığı bütün israilli girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır.
“Report”un verdiyi məlumata görə, bu barədə Qəzzadakı radikal təşkilatın lideri Xəlil əl-Həyya bildirib.
“HƏMAS əlimizdə olan bütün girovların və İsrail həbsxanalarında razılaşdırılmış sayda fələstinlilərin azad edilməsi ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırdır. Bunun müqabilində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını və bütün İsrail qoşunlarının zolaqdan çıxarılmasını, həmçinin Qəzzanın bərpasına başlanılmasını və blokadanın götürülməsini tələb edirik”, – hərəkat lideri vurğulayıb.
Comments are closed.