İtkin düşən Malayziya təyyarəsinin axtarışları 11 ildən sonra bərpa edildi

Malayziya Hava Yollarına məxsus MH370 reysi ilə uçan təyyarənin qalıqlarının tapılması üçün 11 illik fasilədən sonra yenidən Hind okeanında axtarışlara başlanılıb.

2014-cü ilin martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçan Malayziya Hava Yollarına məxsus MH370 reysinin qalıqları ilə bağlı axtarışlar yenidən bərpa edilib.

Malayziyanın nəqliyyat naziri Entoni Lok axtarışın nə qədər davam edəcəyi ilə bağlı detalların hələ müzakirə edilmədiyini bildirib.

2018-ci ildə uğursuz axtarış cəhdindən sonra indi mütəxəssislərin son təhlili əsasında müəyyən edilən 5800 kvadrat kilometrlik yeni ərazidə axtarış aparılacaq.

Xatırladaq ki, 227 sərnişin və 12 ekipaj üzvü olan MH370 reysi ilə uçan Boeing 777 təyyarəsi Kuala-Lumpurdan Pekinə gedərkən yoxa çıxmışdı.

Axtarış-xilasetmə işlərində 26 ölkə iştirak etsə də, bu günə qədər heç bir iz tapılmayıb.//APA

Comments are closed.

Tərcümə »