Hindistan və ABŞ yaxın gələcəkdə illik enerji tədarükünü indiki 15 milyard dollardan 25 milyard dollara qədər artıra bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri müavini Vikram Misri Vaşinqtonda Hindistanın baş naziri Narendra Modi ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən danışıqlardan sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, ölkəsi ABŞ-da enerji resurslarının əsas alıcısıdır:
“Keçən il biz ABŞ-dan təxminən 15 milyard dollarlıq enerji resursu almışıq. Yaxın gələcəkdə bu rəqəmin 25 milyard dollara çatması ehtimalı yüksəkdir”.
Misri xatırladıb ki, Tramp-Modi enerji danışıqları zamanı müzakirələr əsasən Hindistanın Amerika enerji alışını artırma ehtimalına yönəlib:
“Bu satınalmaların iki ölkə arasında ticarət balansı kəsirini azaltmağa töhfə verməsi tamamilə mümkündür”.
Qeyd edək ki, Modi Trampla danışıqlardan sonra Hindistanın enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə neft və qaz ticarətini inkişaf etdirəcəyini bildirib.
ABŞ Hindistanın əsas ticarət tərəfdaşıdır. 2023-2024-cü maliyyə ilində ölkələr arasında ticarət dövriyyəsi 118 milyard dollar təşkil edib, Rusiya, Səudiyyə Ərəbistanı, İraq və BƏƏ kimi ABŞ Hindistana ən böyük neft tədarükçüləri sırasındadır.
Görüşdən sonra D.Tramp əsas vurğunu Hindistanla ticarətdəki mənfi saldonun aradan qaldırılmasına yönəldib:
“Birləşmiş Ştatlar qarşılıqlılıq prinsipinə əməl edir, ona görə də Hindistandan gələn mallardan Amerika mallarından aldığı rüsumlarla eyni rüsumları tutacaq. Hindistana satış etmək çox çətindir, çünki onların ticarət maneələri, çox yüksək tarifləri var. Biz indi qarşılıqlılığa sadiq bir ölkəyik. Ona görə də Hindistanın etdiyi eyni şeyi edəcəyik, buna qarşılıqlılıq deyilir və məncə, bu, çox ədalətli bir yoldur”.
Tramp eyni zamanda Hindistanın qarşılıqlı ticarətdəki disbalansı aradan qaldırmaq üçün ABŞ-dan neft-qaz, həmçinin silah-sursat və atom elektrik stansiyalarının qurulması xidmətlərini alışını artırmasının zəruri olduğunu deyib.
Comments are closed.