Ermənistanın baş naziri Nikol Paşinyana Moskvada keçiriləcək Qələbə Günü tədbirlərində iştirak etmək üçün rəsmi dəvət göndərilib.
Musavat.com-un xəbərinə görə, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məlumat verib.
Onun sözlərinə görə, Rusiya və Ermənistanı hələ də tarixə olan hörmət birləşdirir.
“Ortaq qələbəmizə qarşı artan hücumlar fonunda bu, xüsusilə vacibdir”, – deyə Kopırkin əlavə edib.
Comments are closed.