Tramp: “Baydenin özünü əfv etməməsi kədərlidir”

ABŞ-nin yeni prezidenti Donald Tramp sələfi Co Baydenin dövlət başçısı postunu tərk etməzdən əvvəl özünü əfv etməməsindən təəssüfləndiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bunu Fox News telekanalına müsahibəsində dilə gətirib.

“O, hamıya əfv fərmanı verdi. Amma ən gülməli və ya bəlkə də ən acınacaqlısı odur ki, özünü əfv etmədi. Ancaq diqqətlə baxsanız, hər şey onunla bağlıdır”, – Tramp bildirib.

Qeyd edək ki, Tramp özü də vəzifəsinin icrasına başladıqdan bir gün sonra 2021-ci ilin yanvarında Konqres binasına hücum edərək 5 nəfərin ölümünə bais olmuş, sonradan məhkəmə tərəfindən müxtəlif müddətli cəzalara məhkum edilmiş tərəfdarlarını, eləcə də virtual məkanda narkoticarət şəbəkəsi yaratdığına görə ömürlük həbsə məhkum edilmiş məhbusu əfv edib.

Comments are closed.

Tərcümə »