Rusiya hakim komandanın üzvləri üçün kastinq elan edib və Moskva hazırda “saray çevrilişi” ssenarisini nəzərdən keçirir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi Ermənistanı Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyandır.
Onun fikrincə, müxtəlif görüşlər zamanı Ermənistan və Rusiya nümayəndələri arasında münasibətlərə xüsusi diqqət yetirilməməlidir; Hazırkı anda Moskva ilə İrəvan arasında münasibətlərdə hansısa istiləşmədən danışmaq olmaz.
“Həm Ermənistan, həm də Rusiya münasibətlərdə fasilə verib və arayışlar gedir. Rusiya uzun müddətdir ki, Ermənistanın hazırkı baş nazirini etibarlı və uzunmüddətli tərəfdaşlıq üçün uyğun şəxs saymır. Münasibətlərin istiləşməsini xatırladan müəyyən dövriliklə müşahidə olunan proseslər daha çox onunla bağlıdır ki, Rusiya hələ də Ermənistanda Paşinyanı görə biləcək alternativ fiqurlar görmür”, – deyə o, qeyd edib.
Comments are closed.