Hakan Fidan Bakıya gəlir

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana gələcək.

Musavat.com “Haberglobal”a istinadən xəbər verir ki, Hakan Fidan Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Danışıqlar zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə olunacaq. İki ölkə arasında ümumi ticarət həcminin 15 milyard dollar olması hədəfinə çatmaq üçün atılacaq addımlar və başda mədəniyyət, turizm, səhiyyə, təhsil sahələrində əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər və kənd təsərrüfatı da müzakirə ediləcək.

Xarici işlər naziri H.Fidanın həmkarı C.Bayramov ilə yaxın region və qlobal məsələlər, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynada baş verənlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev nazir Fidanı ofisində qəbul edəcək.

Comments are closed.

Tərcümə »