Suriyada yeni hökumət təhsili pulsuz etməyə hazırlaşır

Bəşər Əsədin ölkədən qaçmasından sonra hakimiyyətə gələn Suriyanın yeni iqtidarı ölkədə təhsili pulsuz etməyi planlaşdırır.

Bu barədə keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri açıqlama verib.

“Biz bütün suriyalıların pulsuz təhsilə çıxışını təmin etməyə çalışırıq – bu, hər bir vətəndaşın hüququdur. Suriya xalqının ehtiyaclarına cavab verən yeni bir təhsil layihəsi üzərində işləyirik” – deyə nazir bildirib.\\Oxu.Az\\

Comments are closed.

Tərcümə »