Hikmət Hacıyev Polşa rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.

Musavat.com xəbər verir, bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.

Polşa rəsmisi Hikmət Hacıyevlə ikitərəfli münasibətləri – xüsusən də təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edib.

Tərəflər İrandakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev Bakıda Polşa rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev Bakıda Polşa rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib

Comments are closed.

Tərcümə »