Tokayev Ərdoğanı Qazaxıstana dəvət edib

0

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

İctimai Rəy Newscenter.az-a istinadən bildirir ki, Kasım-Jomart Tokayev Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Tokayev, Türkiyə Prezidentinin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində qardaş ölkənin daha da inkişaf edəcəyinə, beynəlxalq aləmdə nüfuzunun artacağına əminliyini ifadə edib.

Liderlərin telefon danışığı zamanı Qazaxıstan və Türkiyə arasında hərtərəfli strateji əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, ticarət, iqtisadiyyat və investisiya sahələrində tərəfdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Telefon söhbəti zamanı Qazaxıstan prezidenti həmçinin türkiyəli həmkarını Astanaya səfərə dəvət edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »