Yponiyadan silah ixracatı ilə bağlı yenilik

0

Yaponiya silah ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirərək, bəzi ölkələrə öldürücü silahlar ixrac etməyə icazə verdi.

İctimai Rəy “Reuters”ə istinadən xəbər verir ki, bu açıqlama, uzun müddətdir ki, ölümcül silahların ixracına icazə verməmək mövqeyində olan Yaponiyanın Hind-Sakit Okean regionunda getdikcə gərginləşən təhlükəsizlik mühiti fonunda müdafiə sənayesini inkişaf etdirməyə çalışdığı bir vaxtda verilir.

Yaponiyanın hakim partiyası aylardır ixrac nəzarətində dəyişiklikləri düşünür, çünki qaydalar Britaniya və İtaliya ilə birlikdə inkişaf etdirilən yeni nəsil döyüş təyyarələrinin göndərilməsinə mane ola bilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »