“Hizbullah”ın daha 2 üzvü öldürüldü

0

Hizbullah Hərəkatı Livanın cənubunda İsrail ordusu ilə sərhəd bölgəsi arasında baş verən qarşıdurmada daha 2 üzvünün öldüyünü açıqlayıb.

İctimai Rəy “TRT HABER”ə istinadən xəbər verir ki, Hizbullah İsrail qüvvələri ilə toqquşmalarla bağlı açıqlama verib.

Açıqlamada təşkilatın iki üzvü Həsən Əli İbrahim və Visam Haydar Murtazanın “Qüds yolunda” həyatını itirdiyi bildirilib.

Oktyabrın 8-dən Livan-İsrail sərhədində baş verən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 117-yə yüksəlib.

Qarşıdurmalarda 24 livanlı mülki, 5 mülki İsrail vətəndaşı və 6 İsrail əsgəri də həlak olub.

İctimai Rəy

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »