Gecə saatlarında naməlum şəxs şənlik zamanı insanlara atəş açıb.
Baltimorda baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 28 nəfər yaralanıb. 18 yaşlı qadın hadisə yerində, 20 yaşlı gənc isə xəstəxanada dünyasını dəyişib. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Hücum edən şəxs və ya şəxslərin axtarışları davam edir.