“Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

0

Türkiyədə seçkilərin ikinci tura daşınması türk xalqının iradəsi və demokratiyanın zəfəridir. Bir çoxları Ərdoğanın inzibati resuslardan tam yararlanaraq seçimləri ilk turda öz xeyirinə dəyişəcəyini desələr də, reallıq onu göstərdi ki, Türkiyədə xalqın iradəsinə tabe olmaq mədəniyyəti var.

Bunu Avrasiya.net-ə politoloq Vasif Əfəndi deyib.

Onun fikrincə, bu seçimlərdə Türkiyə bütün dünyaya demokratiya dərsi verdi. Seçici fəallığının maksimum olması millətin, dövlətin taleyinə biganə qalmamsı anlamına gəlməlidir. Türkiyədə Ərdoğan hökumətinin batıb qaldığı iqtisadi çətinliklərə baxmayaraq xalq demək olar ki, səslərin tən yarısını Ərdoğana və onun partiyasına verdi. Eyni zamanda fərqli və ənənəvi Avropa modelli inkişaf yolu təklif edən “Millət İttifaqı” da bir qədər az etimdala eyni münasibət gördü. Hadisələrin bu sayaq inkişafı təbii ki, qütbləşmə və bir gərginlik yaratsa da seçki prosesində kifayət qədər təmkinli və nümunəvi halın şahidi olduq. Türkiyə Yüksək Seçim Kurulunun təkrar seçkilırin 28 may tarixində keçiriləcəyi qərarından sonra hadisələrin eyni səviyyədə qızğın siyasi debatlarla keçəcəyi şübhəsizdir. Durumu dəyərləndirərkən Ərdoğanın daha üstün və inamlı olması əsasən AKP -nin məclisdə ən çox say qazanması və “Böyük Zəfər” üçün çox az sayda səsləri qazamaq şansının yüksək olması ilə əlaqədardır:

“Lakin qarşımızda yüksək seçki mədəniyyətinə malik olan bir Türkiyə var ki, indiyə qədər heç bir ciddi monitirinq qrupu belə bu və digər tərəfin tam mütləq zəfər çalacağı barədə proqnoz verməyib. Ərdoğanın qələbə ehtimalı böyük olsa da bu heç də asan başa gəlməyə bilər. Xatırladıram ki, təkrar seçkilərdə AKP-nin İstanbul Bələdiyyə seçkiləri məğlubiyyəti var. Eyni zamanda səslərin həlləedici qisminin Sinan Oğanda olması və onun da hələlik bu və ya digər ittifaqa dəstək nümayiş etdirməməsi gərginliyi bir qədər də artırır. Kemal Kılıçdaroğlunun qalib gəlməsi üçün Muharrem İncenin geri çəkilməsi hesabına 5 faizin üstündə səs qazanan Sinan Oğanın onu dəstəkləməsi yetərli deyil, bu ehtimalda kürd seçicilərin bir qismi sürüşə bilərlər. Bunun üçün eyni zamanda İncenin də Millət İttifaqı tərəfindən aktiv seçki təbliğatına qoşulması lazımdır. Bütün bunlar bir ehtimal olmaqla yanaşı ən rahat və asan yol İnce və Oğanın Ərdoğanı dəstəklməisidir. Bununla da “Cumhur İttifaqı” sonuncu hakimiyyətini qazanaraq gedərkən Türkiyəni növbəti ən yeni siyasi qüvvələrə buraxmış olacaq. Bu seçkilərdə Millət ittfaqı prezidentlik kürsüsünü qazanmazsa Atatürk ideyaları üzərində siyasi mövcudluğunu sürdürən partiyalar yeni qüvvələrlə əvəz olunacaq. CHP-nin başına isə yeni adlar gələcək”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »