MHP Sinan Oğanı niyə partiyadan çıxarmışdı?

0

MHP-nin baş katibi İsmət Böyükataman ATA İttifaqından prezidentliyə namizədi Sinan Oğanın MHP-dən çıxarılmasının səbəbini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Böyükataman bildirib ki, MHP Sinan Oğanı Baxçalıya qarşı liderlik yarışına girdiyi üçün partiyadan xaric etməyib:

“Sinan Oğan 2014 prezident seçkiləri və 2015 ümumi seçkilərin əvvəli və sonrası partiya nizamnaməsinə uyğun açıqlama vermədiyi üçün MHP-dən xaric edilib”.

Qeyd edək ki, Sinan Oğan uzun illər MHP-nin üzvü olub və bu partiyadan millət vəkili seçilib.

14 may 2023-cü il prezident seçkilərində 5,17 faiz səs toplayaraq, böyük uğura imza atan Sinan Oğan hazırda Türkiyənin əsas müzakirə edilən siyasətçilərindəndir. Belə ki, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda onan seçicilərinin mövqeyinin həlledici olacağı bildirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »