Mafiyaya qarşı genişmiqyaslı əməliyyat – 108 nəfər tutuldu

0

İtaliya hüquq-mühafizə orqanlarının “Ndrangeta” mafiyasına qarşı keçirdikləri əməliyyatlar zamanı 108 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Əməliyyatlar təkcə İtaliyada deyil, Belçika, Fransa, İspaniya, Portuqaliya və Almaniyada da keçirilib. Saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz ticarətində, silah gəzdirmə və saxlamaqda, çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunurlar.

“Bild” qəzeti Almaniyanın Şimali Reyn – Vestfaliya, Bavariya, Reynland-Pfals və Saar federal əyalətlərində “Ndrangeta” mafiyasına qarşı keçirilən əməliyyatlarda azı 30 nəfərin saxlanıldığı və müxtəlif obyektdə axtarışlar aparıldığı barədə məlumat yayıb.

Qeyd edək ki, “Ndrangeta” Cənubi Amerikadan Avropaya kokain qaçaqmalçılığı kanallarına nəzarət edən ən güclü cinayətkar qruplaşma sayılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »