“Hüseyniyyun”un rəhbərləri həbsdən buraxıldı

0

İranda “Hüseyniyyun” terror qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov həbsdən azad edilib.

Bununla bağlı “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumatda “İran” qəzetinin müxbiri, tanınmış jurnalist Məhəmməd Mütləqin Tvitter paylaşımına istinad edilib. Mütləq SEPAH-ın məsələyə müdaxiləsindən sonra onların həbsdən buraxıldığını yazıb.

Qeyd edək ki, Tohid İbrahimbəyli və Orxan Məmmədov 22 apreldə İranın Qum şəhərində həbs edilmişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »