Yunanıstanın müdafiə naziri Türkiyəyə gəlir

0

Yunanıstanın müdafiə naziri Nikolas Panagiotopolos Türkiyəli həmkarı Hulusu Akarın dəvətini alıb. Hər iki ölkənin müdafiə nazirləri zəlzələdən əziyyət çəkmiş Hatay vilayıtini ziyarət edəcəklər.

Türkiyə müdafiə nazirliyi mətbuat xidmətinin məlumatına görə səfər aprel ayının 4-nə nəzərdə tutulub. Nazirlərin təkbətək görüşləri də gerçəkləşəcəkdir.

Mart ayının 9-da baş tutmuş olan  Akar və Panagiotopolosun telefon danışığı konstruktiv və müsbət atmosferdə keçmişdi.  Həmin söhbət əsnasında  iki dövlət arasında mehriban qonşuluq münasibətlərinə uyğun səfər proqramı qurulub.

 

mənbə: Türkiyə KİV-i

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »