Zelenski Çin liderini Ukraynaya dəvət etdi

0

“Baxmut işğal olunsa, Putin bu “qələbəni” “satacaq” və beynəlxalq dəstək almağa çalışacaq”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib.

“Baxmutda uzun sürən döyüşdə qalib gəlməsək, o zaman Putin Ukraynaya təzyiq göstərməyə çalışacaq, ölkəni qəbuledilməz güzəştlərə getməyə məcbur edəcək. Ölkə daxilində də təzyiq artacaq. Tərəfdaşlar, xüsusən də ABŞ yardımı dayandırsa, Ukrayna qalib gəlməyəcək. Vaşinqtondakı siyasi qərarların müharibəyə təsirinə diqqət etmək lazımdır”, – deyə Ukrayna prezidenti qeyd edib.

O, Çin lideri Si Tsinpini Ukraynaya dəvət edib. Zelenski onu görməyə və danışmağa hazır olduğunu bildirib.

“Ukrayna çox böyük ölkəyə, böyük düşmənə, böyük orduya, amma ürəyi kiçik olan orduya qarşı kiçik qələbələr sayəsində qalib gələcək”, – deyə Zelenski əlavə edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »