İranın atomu: uran hazırdır, qaldı raketə yerləşdirmək

0

İran uranı raket başlığına yerləşdirilə biləcək səviyədə zənginləşdirib.

Bu sözləri Axar.az-a tanınmış rusiyalı siyasi şərhçi Sergey Markov İranın uranı 84% zənginləşdirməsi haqda yayılan məlumatı şərh edərkən deyib.

O bildirib ki, proses uranın lazım olan həddə zənginləşdirilməsi ilə yekunlaşmır, həm də onu raketə düzgün yerləşdirmək tələb olunur:

“Atom bombası balaca fabrikdir. O balaca məkanda partlayış baş verir. Uran elə güclü sıxılmalıdır ki, davamlı olaraq zəncirvari nüvə reaksiyası getsin. Nüvə partlayışı da elə budur. Bu, kifayət qədər mürəkkəb texnologiyadır. O ki qaldı zənginləşdirilmiş urana, bu, təkcə texnologiya deyil, həm də siyasi iradə məsələsidir. Uranın zənginləşdirilməsi çoxlu sayda sentrafuqalarda baş verir. Bu, fırlanan, paltaryuyan maşına bənzəyən bir avadanlıqdır. Fraksiyalar (distillə edilən maye qatışığının ayrıldığı hissəciklər) çökür, fırlanma vasitəsi ilə ayrılır. Yüksək həddə zənginləşdirilməsi üçün çoxlu belə sentrafuqalar lazımdır.

Beləliklə, uranı zənginləşdirmək üçün bunlara ehtiyac var: əldə olunan texnologiyaların inkişaf edilməsi, çoxlu sayda sentrafuqalar və siyasi iradə. Heç bir şübhə yoxdur ki, İran artıq bunu əldə edib”.

O, həmçinin, Rusiyanın İrana nüvə silahı yaratmaqda kömək etməsi məsələsinə də toxunub:

“Çox güman ki, bu kömək yoxdur. Bu, Rusiyanın hələ ki, təhdididir – İsrailə, Səudiyyə Ərəbistanına, Ərəb Əmirliyinə və qismən də Türkiyəyə ünvanlanan təhdid. Onlar bilirlər ki, Kiyevi çox aktiv dəstəkləsələr, İranın nüvə silahı əldə etməsi ilə bağlı etirazlarını Rusiya iqnor edəcək. Amma onlar Rusiyanın ABŞ və Avropa Birliyinin sanksiyalarından yan keçməyinə kömək etsələr, İranın nüvə silahı əldə etməsinə köməklik edilməyəcək”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »