Astara rayonunda baş vermiş yanğınlar söndürüldü

0

Bu gün axşam saatlarında Astara rayonunun Ovala kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova, ilkin ehtimala görə, yanğına səbəbin həmin kənddə yaşayan vətəndaşın həyətyanı sahəsində yandırdığı xəzəllərin güclü külək nəticəsində yaxınlıqdakı meşəyə yayılması olduğunu bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

***

Astaranın 4 kəndində yanğın davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“112″ qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülən tədbirlər sayəsində yanğınların geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınıb. Hazırda közərmə ocaqlarının söndürülməsi işləri davam etdirilir.

Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri təxirəsalınmaz tədbirlər sayəsində Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə baş vermiş yanğınlar bu gün səhər saatlarında tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər iştirak ediblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »