Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 mini keçdi

0

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 089 nəfərə çatıb.

Bu barədə AFAD məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »