Türkiyə Yunanıstana BAŞSAĞLIĞI verdi

0

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda baş vermiş qatar qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bu barədə nazirliyin rəsmi saytında məlumat yayılıb.

“Qonşumuz Yunanıstanda dünən gecə baş verən qatar qəzasında çox sayda insanın həyatını itirdiyi və yaralandığı kədərlə öyrənildi. Bu ağır qəzada həyatını itirənlərin yaxınlarına, yunan xalqı və Yunanıstan hökumətinə başsağlığı diləklərimizi çatdırır, yaralılara təcili şəkildə şəfa tapmalarını arzulayırıq”, – deyə bildirilib.

Qeyd edək ki, Yunanıstanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb. Qəza nəticəsində 85 nəfər xəsarət alıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »