Yeni Zelandiyanın Baş naziri Casinda Ardern istefa verəcəyini elan edib.
Axar.az xəbər verir ki, bu barədə Ardern özü rəsmi Feysbuk hesabında məlumat yayıb.
O qeyd edib ki, fevralın 7-dən gec olmayaraq vəzifəsindən gedəcək və yeni seçkilərdə iştirak etməyəcək.
Qeyd edək ki, Ardern 2017-ci ilin oktyabrından bəri baş nazir vəzifəsində çalışıb.