“Hayastan” Qarabağ ermənilərinə 500 min dollar ayırdı

0

Fondun Himayəçilik Şurasının iclasında Azərbaycanın Laçın dəhlizinin bağlanması şəraitində Dağlıq Qarabağa yardımın göstərilməsi məsələsi müzakirə olunub.

“Hayastan” ümumerməni fondu Qarabağ ermənilərinə humanitar yardım göstərmək üçün 500 min dollar ayırıb.

Modern.az xəbər verir ki, dekabrın 27-də Fondun Himayəçilik Şurasının iclası keçirilib və Qarabağ ermənilərinə yardımın göstərilməsi məsələsi müzakirə edilib.

İclasa Şuranın rəhbəri, Ermənistan prezidenti Vaaqn Xaçaturyan sədrlik edib.

Onlayn iclasda şuranın 20 üzvü, eləcə də Fondun yerli qurumlarının nümayəndələri iştirak ediblər.

Fondun ABŞ-dakı yerli orqanı Qarabağ ermənilərinə ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib.

Qeyd olunub ki, 2021-2022-ci illərdə Fond Qarabağ ermənilərinə yönəlik 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »