Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko milyarder statusunu itirib.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Poroşenko nəşrin 20 ən varlı ukraynalı sahibkarın reytinqini dərc etdiyi siyahıda 12-ci olub.
Bildirilib ki, Poroşenkonun 2022-ci ilin fevralında 1.6 milyard dollarlıq sərvəti var idisə, dekabrda bu rəqəm 730 milyon dollar təşkil edib.
Ümumilikdə, 2022-ci ilin fevralından bəri 20 ukraynalı sahibkarın sərvəti 20 milyard dollar azalıb.