ABŞ: Rusiya bunu bizə diktə edə bilməz!

0

ABŞ Rusiya ilə müharibə etmir və belə bir münaqişəyə girməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Patrik Rayder Moskvanın “Patriot” komplekslərinin Ukraynaya təhvil verilməsi ilə bağlı xəbərdarlığını şərh edərkən deyib.

“ABŞ Rusiya ilə müharibə etmir, biz münaqişə axtarmırıq, diqqətimizi Ukraynaya müdafiə yardımı göstərməyə yönəldirik”, – deyə o bildirib.

Rayder əlavə edib ki, ABŞ Ukraynaya hansı formada yardım göstərilməsi ilə bağlı Rusiyanın diktə etməsinə icazə verməyəcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »