Yunanıstana qaçmaq istəyən FETO-çular SAXLANILDI

0

Türkiyənin Edirne vilayətində qanunsuz yollarla sərhədi keçərək Yunanıstana qaçmağa cəhd edən 5 nəfər saxlanılıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Vilayətin Meriç rayonu ərazisində saxlanılan şəxslərin FETO terror təşkilatı ilə əlaqələri üzə çıxıb.

Bildirilib ki, Edirne Jandarm Komandanlığında saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »