Rusiya səfirliyi partladılacaq – XƏBƏRDARLIQ

0

Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşlarına səfirlik binasının partladılacağı barədə məlumat daxil olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəng edənlər partlayışın dəqiq nə vaxt baş verə biləcəyinə dair heç nə deməyiblər.

Polis əməkdaşları səfirliyin ərazisinə baxış keçirib və heç bir şübhəli əşya aşkar etməyiblər. Araşdırma aparılır.

Xatırladaq ki, oktyabrın 21-də naməlum şəxs Rusiyanın Leypsiqdəki konsulluğunun binasına bir neçə sarı və mavi boya şüşəsi atmışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »