Yunanıstana qaçmaq istəyən terrorçular sərhəddə TUTULDU

0

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, araşdırmalar nəticəsində saxlanılanlardan 2 nəfərin terrorçu olduğu üzə çıxıb.

“Hüdud qartallarımız ölkəmizdən Yunanıstana qanunsuz şəkildə keçməyə çalışan 5 şəxsi yaxalayıb. Onlardan 1 nəfərin FETO, 1 nəfərin isə PKK/KCK terror təşkilatının üzvü olduğu müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.

Hazırda digər saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »