“Tərtər işi”nə görə ölən bu məhkumlar günahsız imiş…

0

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məhkum edilmiş şəxslərdən daha ikisinin günahsız olmasının müəyyən edilməsi barədə məlumat yayıb.

Qurumdan verilən məlumata görə, mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb.

“Onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib”, – məlumatda qeyd olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »