İranla razılaşmaq üçün heç bir yol görmürük – ABŞ

0

ABŞ administrasiyası indiki mərhələdə İranın nüvə sazişini tezliklə bərpa etmək üçün heç bir yol görmür.

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

“Diplomatiyanın qapısı həmişəlik açıq qalacaq, lakin indiki mərhələdə biz tezliklə razılığın əldə olunması imkanını görmürük”, – Pyer vurğulayıb.

Onun sözlərinə görə, nüvə sazişinin bərpası üzrə danışıqların nəticəsindən asılı olmayaraq, Vaşinqton Tehranın Yaxın Şərqdəki dağıdıcı davranışına qarşı mübarizə aparmaq, həmçinin iranlı etirazçılara dəstək vermək niyyətindədir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »