Bakıda 220 piyadanı maşın vurub

0

“Bu ilin 9 ayı ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb, 102 nəfər ölüb, 136 nəfər yaralanıb”.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

A.Əsgərlinin sözlərinə görə, bu il yanvarın 1-dən oktyabrın 1-dək paytaxt ərazisində ümumi qəzalardan 3-ü motosikletlərin iştirakı ilə baş verib, 1 nəfər vafat edib, 4 nəfər xəsarət alıb:

“Moped nəqliyyat vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə 4 hadisə olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 16 yaşadək (uşaq da daxil) yeniyetmələr arasında 23 hadisə olub, 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Yük avtomobillərinin iştirakı ilə 11 hadisə qeydə alınıb, 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »