Füzulidə məzun adını qazanan şəhid övladlarına hədiyyələr təqdim olunub-FOTO

0

Respublikamızın digər bölgələri kimi Füzuli rayonunda fəaliyyət göstərən məktəblərdə də Təhsil Nazirliyinin əmrinə əsasən “Son zəng” tədbirləri keçirilib. 2021/2022-ci tədris ilində Füzuli rayonunda 11-ci sinfi bitirən 1043 şagird artıq məzun olub. Bu məzunların sıralarında 44 günlük Vətən müharibəsi şəhidlərimizin əmanəti olan üç məzunu da yer alıb.

İctimairey.az Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə bildirir ki, Füzulidə məzun olan şəhid övladları xüsusi diqqət və qayğı ilə təbrik edilib. Həmin şəhid övladları Füzuli rayon 26 nömrəli tam orta məktəbin məzunu Mehtiyev Etibar Paşa oğlu, Ə.Səlimov adına Kərimbəyli kənd tam orta məktəbin məzunu Əsədova Gültəkin Anar qızı, B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbin məzunu Həmidova Tavad Elşən qızı Füzuli rayonunun bu il 11-ci sinfi bitirən məzunlarındandır. Şəhid övladlarını məzun olmaları və son zəng münasibətilə təbrik etmək üçün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil sektorunun müdiri Ramella Məmmədova adıçəkilən məktəblərdə olublar.

Məzunları təbrik edən rayon rəhbəri çıxış edərək dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğısından söz açıb. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsini bir daha gənclərin diqqətinə çatdıran A.Alıyev məzunları hər zaman dövlətimizə, xalqımıza layiq olmağa, vətənimizi, torpağımızı sevməyə çağırıb və məzunları son zəng münasibətilə təbrik edib. Rayon rəhbəri şəhidlərimizin əziz xatirələrinin hər zaman qəlblərdə yaşayacağını vurğulayaraq şəhidlərimizin bizlərə əmanəti olan şəhid övladlarına xüsusi diqqətlə yanaşmağın hər birimizin mənəvi borcumuz olduğunu bildirib.

Füzuli Rayon Təhsil sektorunun müdiri R.Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara ölkəmizin gələcək inkişafında savadlı, potensiallı kadrlar olaraq iştirak etməyi arzulayıb, şəhidlərimizin qəhrəmanlıq dolu həyatlarının və döyüş yollarının gənclərimiz üçün əsl mənbə olduğunu diqqətə çatdırıb.

Sonda məzun şəhid övladlarına hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.Azərtac

Leave A Reply

Your email address will not be published.

Tərcümə »