Azərbaycanda 2-ci kurs tələbəsi özünü niyə asıb? – ŞOK DETALLAR+FOTO

0

Cəlilabadda intihar hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumata görə, 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.

Məlumata görə, T. Hətəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olub.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.

***

Tural Hətəmovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. İlkin ehtimallara görə, 20 yaşlı Tural sevdiyi qıza görə həyatına son qoyub. Məlum olub ki, hadisədən bir müddət əvvəl Tural sevdiyi qızdan ayrılıb və bu, onda dərin sarsıntı yaradıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olan gəncin mobil telefonu və digər əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »