SON XƏBƏR; Abramoviç “Çelsi”ni satdı

0

“Çelsi” klubu amerikalı iş adamı Boelinin konsorsiumuna satılıb

Londonun “Çelsi” Futbol Klubunun satışı ilə bağlı sövdələşmə rəsmi olaraq bağlanıb.

İctimairey.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Rusiyalı milyarder Roman Abramoviçə məxsus İngiltərə Premyer Liqası (PPL) klubu amerikalı iş adamı Todd Boelinin konsorsiumuna satılıb. Daha əvvəl əməliyyat məbləğinin 5,33 milyard dollar olduğu bildirilirdi.

Fevralın 26-da Abramoviç İngiltərə hökumətinin sanksiyalarına məruz qaldığı üçün, “Çelsi”nin idarəçiliyini eyniadlı xeyriyyə fondunun qəyyumlarına təhvil verib. Futbol komandası da daxil olmaqla, onun əmlakına həbs qoyulub. Ölkə rəhbərliyi rusiyalıya klubun satışından qazanc əldə etməyi qadağan edib və bu səbəbdən də sövdələşmə təhlükə altında olub.

Abramoviç “Çelsi”ni 2003-cü ildə alıb. Bu müddət ərzində klub 5 dəfə İngiltərə çempionu, iki dəfə Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »