SON DƏQİQƏ! Rusiya bu ərazini işğal etdi

0

Rusiya hərbçiləri Luqansk əyalətinin Borovskoye şəhərində irəliləyərək yeni mövqelər ələ keçiriblər.

IctimaiRey.az  Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Luqansk əyalətinin vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O, qeyd edib ki, Rusiya qoşunları Luqansk vilayətinin Severodonetsk şəhəri yaxınlığında Ukrayna müdafiəsini yarmağa çalışır. Hazırda şəhər yaxınlığında şiddətli döyüşlər gedir.

Sergey Qayday həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Zolotoye və Yekaterinovka rayonlarında müdafiəni davam etdirir. Toşkovkada ukraynalı müdafiəçilər düşmən ordusunu geri çəkməyə və mövqelərini möhkəmləndirməyə nail olublar.

“Lısiçansk-Baxmut şossesi daim düşmən atəşi altındadır və onunla getmək təhlükəlidir”, – vilayət rəhbəri vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, humanitar yüklərin çatdırılması və evakuasiya imkanları qalır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »